Ərinti
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir.
Xəlitələr iki üsulla alınır:
1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur
2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu).
Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.